KARYERA

Kadrlar siyasətinin əsasında dinindən, cinsindən, milliyyətindən və sosial mövqeyindən asılı olmayaraq hər bir fərdə hörmət dayanır. Strateji məqsədlərə və gündəlik vəzifələrin yerinə yetirilməsinə nail olmaq üçün Lime Catering-ə peşəkar, məsuliyyətli, təşəbbüskar və öz işinə sadiq insanlar lazımdır. Kadrlarla bağlı bizim siyasətimiz onlara Lime Catering-də işləməkləri ilə fəxr etmək və bizimlə birgə işləmələrindən bir rahatlıq duymasını təmin etmək üçün onlara köməklik göstərməkdən ibarətdir.Biz həmişə kadrları idarə etmək siyasətimizi təkmilləşdirəcək və insanlara Lime Catering-də uzun müddət işləmələri üçün stimullar verən sistemlərdən istifadə edəcəyik.

Niyə Lime Catering?
Bizim uğurlu, rəqabətədavamlı və qlobal bir şirkət olmaq barədə möhtəşəm niyyətlərimizi bölüşən insanlar axtarırıq. Lime Catering məqsədləri və standartları aydın şəkildə müəyyən edilmiş dinamik və getdikcə böyüyən bir şirkətdir. Hələ bundan əlavə, biz fəxr edirik ki, biz insan kapitalını şirkətin uğurlarının əsası hesab edirik. İnanırıq ki, düzgün seçilmiş adamları düzgün yerlərdə yerləşdirməklə biz bütün strategiyalarımızı yerinə yetirməyə qadir olacağıq. Bizim kadr siyasətimizin əsasında fərdə hörmət dayanır.Şirkətin kadr siyasəti inancından, cinsindən, milliyyətindən və mövqeyindən asılı olmayaraq Lime Catering-də işləyən hər bir şəxsə hörmətlə yanaşmağa yönəlmişdir.

Strateji məqsədlərə və gündəlik vəzifələrin yerinə yetirilməsinə nail olmaq üçün Lime Catering-ə peşəkar, məsuliyyətli, təşəbbüskar və öz işinə sadiq insanlar lazımdır. Buna görə də, şirkətin kadrlarla bağlı bütün siyasəti əməkdaşlara Lime Catering-də işləməkləri ilə fəxr etmək və bizimlə birgə işləmələrindən bir rahatlıq duymasını təmin etmək üçün onlara köməklik göstərməkdən ibarətdir. Biz həmişə kadrları idarə etmək siyasətimizi təkmilləşdirəcək və insanlara Lime Catering-də uzun müddət işləmək üçün stimullar verən sistemlərdən istifadə edəcəyik.

Öz yaradıcılığını nümayiş etdir
Biz fəxr edirik ki, hər bir əməkdaşın öz yaradıcılığından istifadə etməyə və özlərini bir fərd kimi reallaşdırmağa imkan verən bir iş mühiti yarada bilirik. Bizə yaradıcı ideyalara malik və bu ideyaları həmişə gündəlik iş fəaliyyətlərində tətbiq edən adamlar lazımdır.

Problemlər və möhtəşəm məqsədlər
İşimizin təbiəti və qlobal bir şirkət olmaq üçün möhtəşəm məqsədlərimiz bizimlə birgə işləyən bütün əməkdaşlardan tələb edir ki, onlar öz işlərində yaranan hər hansı çətinliyin öhdəsindən gəlməyə hazır olsunlar.Biz belə adamları, həqiqətən də, çox yüksək qiymətləndiririk, çünki onlar bizim biznesi yeni üfüqlərə doğru aparacaqlar. Bizə bir qlobal şirkət olacağımız barədə möhtəşəm niyyətlərimizin reallığına inanan və bu əsas strateji məqsədə nail olmaq üçün əlindən gələni edəcək adamlar lazımdır.

Əmək haqqı və mükafatlar
Biz həmişə elə şərait yaratmağa səy göstəririk ki, əməkdaşlarımız öz bilik və bacarıqları ilə bizdən aldıqları əmək haqları arasında bir tarazlıq olduğunu görə bilsinlər. Bizə yenilikçi, böyük məramlara can atan, yaradıcı və məsuliyyətli bir biznesmen lazımdır. Biz fəxr edirik ki, əməkdaşlara bazardakı orta əsas əmək haqqı normasından yüksək əmək haqları verə bilirik.Bazarda rəqabətədavamlı bir işə götürən olmaq üçün biz bu siyasəti davam etdirəcəyik. Əsas əmək haqlarından başqa biz işçilərimizə bonuslar da veririk və ən yaxşı işçiləri “İlin ən yaxşı işçisi”, “İlin ən yaxşı aşpazı”, İlin müştərələrə ən yaxşı xidmət gəstərən işçisi” və s. kimi mükafatlarla mükafatlandırırıq.

Karyera imkanları
Biz məsuliyyətli və dayanıqlı (sabit) bir şirkət olmaq üçün bütün səyləri göstəririk. Dayanıqlılıq yalnız maliyyə məsələlərində möhkəmlik deyil, həm də öz əməkdaşlarımız, tərəfdaşlarımız fəaliyyət göstərildiyi yerdə icmalarla davamlı münasibətlər deməkdir. Biz doğrudan da elə adamları işə götürmək istəyirik ki, onlar Lime Catering-i uzun müddət işləcəkləri bir yer hesab etsinlər.

Lime Catering işçilər üçün elə şərait yaradır ki, hər bir şəxs öz karyerasında işə daxil olduğu səviyyədən rəhbər səviyyəyə qədər inkişaf edə bilir. Sahibkardan tutmuş yüksək vəzifəli və xətti menecerlər də daxil olmaqla, biz hər bir ştatda olan əməkdaşı şirkət daxilində irəli çəkilməyə ruhlandırırıq.Biz qürur duyuruq ki, adi bir işçi kimi işə götürülən, lakin bizim müəyyən etdiyimiz bütün meyarlara cavab verən hər hansı bir şəxs restoran direktoru və ya vitse-prezident vəzifələrinə qədər yüksələ bilər.

21-ci əsrdə iqtisadiyyat biliklərə əsaslanır və biz başa düşürük ki, rəqabətə davam gətirmək üçün öyrənmə prosesimiz mütamadi olmalıdır. Lime Catering şirkəti ilə müqavilə bağlayanda hər bir şəxs bilməlidir ki, onun görəcəyi birinci iş öz işi ilə əlaqədar təlim keçməlidir. Daxili və şirkətdənkənar mənbə və resurslardan istifadə etməklə biz bütün kadrlarımız üçün təlim və ixtisasartırmanı təmin edirik.

Bərabər imkanlar və müxtəliflik
Lime Catering fəxr edir ki, hər bir fərdə hörmətlə yanaşmaq onun kadrlarla bağlı siyasətinin əsas prinsipidir. Lime catering-də işləyən müxtəlif millətlərdən, dinlərdən və inanclardan olan insanlar özlərini rahat hiss edirlər. Burada işləyən müxtəlif yaşlı və müxtəlif olan adamlar da (18 yaşdan yuxarı) özlərini rahat hiss edə bilərlər.

Biz öz biznes fəaliyyətimizi müxtəlif mədəniyyətlərə, adət-ənənələrə və tarixə malik ölkələrdə aparmağı planlaşdırdığımıza görə, müxtəlif dünyagörüşlü, müxtəlif mənşəli və çoxmillətli biznes mühitində necə səmərəli işləməyi öyrənmək bizim hamımıza lazımdır.

Cari vakansiyalar
Zəhmət olmasa ərizə formasını yükləyin və göstərilən emailə göndərin: cv@limecatering.az