MÜŞTƏRİ XİDMƏTİ

Bizim biznesin əsasını müştərilərə daha yaxşı xidmət göstərmək üçün əlimizdən gələni etmək və öz yemək və xidmətlərimizlə onları razı salmaqdır. Biznesdə qazanılan uğurun qiymətləndirilməsində yeganə meyar müştərilərin razı qalmasıdır. Lime Catering-in bütün əməliyyat və strateji fəaliyyətləri müştərilərin razı salınmasına yönəlmişdir.

Biz həqiqətən də öz müştərilərimizin bizim yeməklərdən heç bir problem və maneə olmadan zövq almasına şərait yaratmaq istəyirik və onlar dünyanın hər yerində bizim yemək və xidmətlərimizdən istifadə edə bilərlər. Bu səbəbdən də biz bütün ölkələrdə standart menyusu, xidmətləri, biznes formatı və interyeri olan restoran şəbəkəsinə malik bir qlobal şirkət olmaq niyyətindəyik.

Biz istəyirik ki, bütün müştərilərimiz öz dinlərinə və inanclarına zidd olmayan yeməklərdən istifadə etmək imkanına malik olsun. Biz istəmirik ki, müştərilərimiz bizim yemək və xidmətlərimizdən narazı qalsın və bizim haqqımızda mənfi rəydə olsunlar.

Biz öz sifarişçilərimizə onların dinindən, mədəniyyətindən və inancından asılı olmayaraq eyni dərəcədə hörmət edirik. Biz yemək və xidmətlərimizlə müştərilərə rahatlıq gətirmək üçün əlimizdən gələni edirik.

Lime Catering-də biz bütün diqqətimizi müştərilər üzərində cəmləməyə və onlara qayğı ilə yanaşmağa səy göstərir və buna nail olmaq üçün:

  • Müştərilərimizə səmimiyyət və nəzakətlə xidmət edir;
  • Peşəkar və etibarlı davranışımızla sifarişçilərimizin inamını qazanır;
  • Müştərilərimizin xahiş və sorğularına dərhal cavab verir;
  • Müştərilərimizin nöqteyi-nəzərini və təkliflərini qiymətləndirir və onlara hörmətlə yanaşır;
  • Əla xidmət göstərmək səylərimizlə göstərilən xidmətləri yaxşılaşdırır;
  • Biznes proseslərimizi ən yaxşı əməli təcrübələrə uyğunlaşdırmaqla müştərilərimizin ümidlərini doğrulduruq.

Bizə görə müştəriyə göstərilən xidmət ona sadəcə olaraq yemək satmaq deyildir. Fikrimizcə, müştəriyə xidmət bu deyiləndən daha əhatəlidir:

Ərzağın keyfiyyəti
Biz inanırıq ki, həmişə təzə, təbii və yüksək keyfiyyətli ərzaqdan hazırlanmış məmulatlarımızla müştərilərimizin ürəyinə yol tapacağıq və onlar bizim ticarət markamıza sadiq qalacaqlar. Mətbəx və yeməklərin hazırlandığı və qablaşdırıldığı ərazilər təmiz olmalı və ən yüksək SƏTƏM və gigiyena standartlarına uyğun saxlanılmalıdır. Bundan başqa, bu proseslərdə iştirak edən əməkdaşların hamısı qoyulmuş qaydalara ciddi surətdə əməl etməlidir.

Biz yeməklərin hazırlanmasında istifadə etdiyimiz bütün məhsulları yerli təchiztçılardan alırıq. Buna görə də, biz təchizatçılarımızın hamısından bizim tələblərə və kefiyyət standartlarımıza hörmətlə yanaşmağı tələb edirik.

Sağlamlığa heç bir zərər
Bizim bütün müştərilərimiz əmin ola bilərlər ki, onların Lime Catering-də yedikləri yeməklərin səhhətləri üçün heç bir təhlükəsi (riski) yoxdur. Bu təhlükəsizliyi təmin etmək üçün biz inqredientlərin alınmasından tutmuş, onların daşınmasına, anbarda yerləşdirilməsinə, emalına, satılmasına və çatdırılmasına qədər olan bütün prosesləri nəzarət altında saxlayırıq. Bundan başqa, biz təchizatçılarımızın hamısından bizim tələblərə və kefiyyət standartlarımıza hörmətlə yanaşmağı tələb edirik. Ərzaq məhsullarının alınması və yeməklərin hazırlanması prosesi zamanı biz müntəzəm olaraq kefiyyət sınaqları aparırıq ki, son məhsulun çox yüksək kefiyyətli olmasına və onun SƏTƏM və şirkətimizin müəyyən etdiyi gigiyena standartlarına və qanunlara cavab verdiyinə əmin olaq.

Pula görə dəyər
Biz istəyirik ki, müştərilərimiz Lime Catering-dən aldığı yemək və xidmətlərdən maksimum şəkildə faydalansınlar. Əmin olmaq istəyirik ki, müştərilərimiz digər şirkətlərlə müqayisədə Lime Catering-in yemək və xidmətlər almaq üçün ən yaxşı yer olduğunu hiss etsinlər. Bunu sübut etmək üçün biz müştərilərimizin Lime Catering-dən maksimum dərəcədə fayda əldə etməsinə kömək etmək məqsədi ilə bir neçə kampaniya və bonuslar tətbiq etmişik.

Etibarlı və arasıkəsilməz xidmət
Bizim niyyətimiz bütün müştərilərimizi öz xidmət və yeməklərimizlə heç bir maneə olmadan və arası kəsilmədən təmin etməkdir. Lime Catering-in strategiyası etibarlı biznes tərəfdaşı olmaqdan və bütün müştəriləri ilə həmişə uzunmüddətli əməkdaşlıq etməkdir.

Təbəssümlə xidmət
Biz istəyirik ki, müştərilərimizin Lime Catering xidmətləri və yeməkləri barədə rəyi yalnız müsbət olsun. Bütün işçilərimizin sizinlə görüşəndə və sizə xidmət edəndə üzündə təbəssüm görməyinizi istəyirik.

Müştərilərə hörmət
Biz bütün müştərilərimizə eyni dərəcədə hörmət edir və onlar xidmətlərdən istifadə edəndə bütün fəaliyyətlərimizlə onlara rahatlıq gətirməyə çalışırıq.

Cəld xidmət
Biz müştəri xidmətlərimizi mümkün qədər tez yerinə yetirməyə səy göstəririk. Tez göstərilən xidmət heç də o demək deyildir ki, əsas fəllsəfəmizi – “təzə və təbii yemək” prinsipimizi yaddan çıxarmalıyıq. Lime Catering-in müştəriyə xidmət siyasətinin əsas komponenti yeməyin düzgün qaydada və standartlara uyğun hazirlanması və gözəl və cəlbedici şəkildə xidmət edilçəsidir. Üstəlik, yeməyin hazırlanması və xidməti ilə məşğul olan işçilərimiz gigiyena standartları üzrə yüksək təlim keçmiş adamlardır.

Müştərilərə həmişə məsləhət ver
İşçi heyətimizin müştərilərlə işləyən bütün üzvləri Müştərilərə Xidmətlərin işçiləridirlər. Onların işi yalnız xidmət etmək deyil, həm də müvafiq hallarda müştərilərə yeməklər, onların hazırlanmasında istifadə olunan inqredientlər, həyata keçirdiyimiz kampaniyalar, bonuslarımız və menyumuz barədə məlumatlar verməkdir Müştərilərə peşəkarcasına və nəzakətlə necə xidmət etmək və məsləhətlər verməyə qabil olmaq üçün bütün işçilərimiz müntəzəm olaraq təlim keçirlər.

Şirkətin yemək və xidmətlərindən asanlıqla istifadə imkanı
Müştərilər Lime Catering-in yemək və xidmətlərindən heç bir maneə və problem olmadan asanlıqla istifadə edə bilərlər. Müştərilər və şirkət arasında qarşılıqlı münasibətlər dostcasına və gözəl olmalıdır.

Yemək və onların hazırlanmasında istifadə olunan inqredientlərbarədə məlumatlar müştərilərin üçün şəffafdır
Yemək və onların hazırlanmasında istifadə olunan inqredientlər (onları haradan və nə zaman alırıq) barədə məlumatların şəffaflığını təmin etmək bizim borcumuzdur.

Sorğular və tədqiqatlar
Biz müştərilərimizin onlara çatdırdığımız yemək və xidmətlər barədə rəylərini öyrənmək üçün müntəzəm şəkildə periodik olaraq sorğular və tədqiqatlar aparırıq. Bu tədqiqatların nəticələri əsasında biz yeməklərin keyfiyyətini və xidmət səviyyəsini yaxşılaşdırmaq üçün öz prosedurlarımızda və əməliyyatlarımızda dəyişikliklər edirik.