QİDANIN TƏHLÜKƏSİZLİYİ

Bizim üçün keyfiyyət inqredientlərin alınmasından başlayır və bütün nəqletmə, anbarda yerləşdirmə, emal, satqı və çatdırma prosesləri boyunca davam edir. Fəxr edirik ki, mətbəximiz və yeməklərin hazırlandığı və qablaşdırıldığı ərazilərimiz təmizdir və ən yüksək HACCP (gigiyena standartlarına) uyğundur. Bundan başqa, bu proseslərdə iştirak edən əməkdaşların hamısı qoyulmuş qaydalara ciddi surətdə əməl edir və Lime Catering-də işə götürülən əməkdaşlar əvvəlcə ərzaq təhlükəsizliyi və SƏTƏM üzrə intensiv təlim keçirlər.

Bizim uzun müddət üçün məqsədimiz yeməklərin hazırlanmasında, əməliyyatlarda və idarəetmə prosesində dünyanın tanınmış standartlarının (HACCP, ISO) tətbiq olunmasıdır. Yeməklərin keyfiyyəti və əməyin təhlükəsizliyi üzrə ən yüksək standartlar əsasında işləmək və onları saxlamaq üçün biz bütün əməkdaşlarımızın təlim keçməsinə böyük diqqət veririk.

Bizim istifadə etdiyimiz prosedurlar və siyasətimiz hər bir kəsin üzünə açıqdır və bütün əməkdaşlarımız onlara riayət edir. Biz yeməklərin hazırlanmasında istifadə etdiyimiz inqredientlərin əksəriyyətini yerli təchiztçılardan alırıq. Buna görə də, biz təchizatçılarımızın hamısından bizim tələblərə və keyfiyyət standartlarımıza hörmətlə yanaşmağı tələb edirik. Ərzaq məhsullarının alınması və yeməklərin hazırlanması prosesi zamanı biz müntəzəm olaraq keyfiyyət sınaqları aparırıq ki, son məhsulun çox yüksək keyfiyyətli olmasına və onun SƏTƏM və şirkətimizin müəyyən etdiyi gigiyena standartlarına və Azərbaycan qanunlarına cavab verdiyinə əmin olaq. Təchizatçıların seçilməsi və ərzaq məhsullarının alınması üçün biz gələcəkdə vahid bir sistem tətbiq etməyi planlaşdırırıq. Bu bizə bütün prosesə nəzarət etmə və keyfiyyəti təmin etmə imkanı verəcəkdir.

Biz fəxr edirik ki, yeməklərin keyfiyyətinə həmişə nəzarət edirik və beləliklə də müştərilərimizin inamını qazanırıq. Öz qlobal biznesimizi biz yalnız inam qazanmaqla qura və rəqabətə davam gətirə bilərik.