MİSSİYA VƏ FƏLSƏFƏMİZ

Lime catering «fresh food» şirkətidir və onun məqsədi heç bir kimyəvi maddələrdən, qarışıqlardan və konservantlardan istifadə etmədən əllə hazırlanmış təbii, təzə və yüksək keyfiyyətli yeməklər hazırlamaqdır.

  • Şirkət fəlsəfəmizin mərkəzində istifadə etdiyimiz ərzaqların və inqredientlərinhamısının təzə olması dayanır. Biz istəyirik ki, göstərdiyimiz xidmətlərdən və çatdırdığımız yeməklərdən müştərilərimiz məmnun olsun.
  • Sifarişçilərin bizim yeməklərimizdən zövq alması üçün hazırladığımız sendviçlərin, salatların, toyuq ətindən hazırlanmış yeməklərin və desertlərin daha dadlı və daha təzə olmasına səy göstəririk.
  • Bizim əsas məqsədimiz yerli şirkətdən qlobal beynəlxalq bir şirkətə çevrilməkdir.
  • Biznesimin əsas məqsədi öz müştərilərimizə daha yaxşı xidmət göstərmək və öz işimiz və yeməklərimizlə onları razı salmaq üçün əlimizdən gələn hər şeyi etməkdir.
  • Biznesdə müvəffəqiyyətin qiymətləndirilməsinin yeganə meyarı müştərinin razı qalmasıdır. Lime catering-in bütün əməli iş və strateji fəaliyyətləri sifarişçilərin məmnun qalmasına yönəldilmişdir.
  • Biz həqiqətən də öz müştərilərimizə bizim yeməklərdən heç bir problem və maneə olmadan zövq almasına şərait yaratmaq istəyirik və onlar dünyanın hər yerində bizim yemək və xidmətlərimizdən istifadə etməsini istəyirik. Bu səbəbdən də biz bütün ölkələrdə vahid standart menyusu, xidmətləri, biznes formatı və interyeri olan məntəqələrə malik qlobal bir şirkət olmaq niyyətindəyik.
  • Biz istəyirik ki, bütün müştərilərimiz öz dinlərinə və inanclarına zidd olmayan yeməklərdən istifadə etmək imkanına malik olsun.
  • Biz istəmirik ki, müştərilərimiz bizim yemək və xidmətlərimizdən narazı qalsın və bizim haqqımızda mənfi rəydə olsunlar.
  • Məqsədimiz ərzağın kefiyyəti, xidmətlər, qiymətlər, ictimaiyyətlə əlaqələr, təchizatçılar, tərəfdaşlar və hökumətlə əlaqələr kimi bütün sahələrdə davamlı bir biznes yaratmaqdır.
  • Biz öz sifarişçilərimizə və işçilərimizə onların dinindən, mədəniyyətindən və inancından asılı olmayaraq eyni dərəcədə hörmət edirik. Biz yemək və xidmətlərimizlə müştərilərə rahatlıq gətirmək üçün əlimizdən gələni edirik.
  • Bizim uzun müddətli strateji xəttimizin Lime Catering şirkətini yerli bir şirkətdən dünyanın hər yerində mətbəxi olan qlobal bir şirkətə çevirməkdir.
  • Lime catering şirkətini dünyanın aparıcı ”fresh food” şirkətlərindən biri etmək üçün biz biznesimizin bütün aspektlərində vahid korporativ standartlar tətbiq etməyi planlaşdırırıq.
  • Lime cateringi imtiyazlı bir iş yeri kimi ictimaiyyətə tanıtmağa ümid edirik. Kadr ehtiyatları üzrə bizim siyasətimiz rəqabətədavamlı və beynəlxalq standartlara cavab verən bir siyasət olacaqdır. Bizim üçün çox vacibdir ki, Lime cateringin əməkdaşları yaxşı əmək haqqı və yaxşı iş şəraiti ilə ilə təmin olunsun və onlar yaxşı sosial təminat paketinə malik olsunlar.

Biz öz biznesimizi yüksək sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi standartlarına uyğun şəkildə quracağıq. Biz doğrudan da ətraf mühitə heç bir ziyan vurmaq istəmirik. Bundan başqa, Lime Catering-də işləyən bütün insanlar təhlükəsiz iş şəraiti ilə təmin olunmalıdır. SƏTƏM standartlarına riayət etmək rəhbərliyin və hər bir işçinin borcudur.