MƏSULİYYƏTLƏRİMİZ

Həyata keçirdiyimiz işgüzar fəaliyyətimizin korporativ siyasətində məqsəd insanlığa xidmət etməkdir. Lime Catering-in və orada işləyən insanların vəzifəsi həmişə məsuliyyətli olmaqdır. Məqsədimiz bütün dünyada və müxtəlif mədəniyyətlər, dinlər və millətlər içərisində qlobal bir şirkət olmaqdır və buna görə də, bu müxtəlif aspektləri başa düşmək və onlara hörmətlə yanaşmaq bizim üçün çox vacibdir.

Korporativ siyasətimiz məsuliyyətlərimizi aşağıdakı insan qruplarını ehtiva edəcək qədər genişləndirir:

İctimaiyyət (İcma)
Biz başa düşürük ki, ictimaiyyətlə yaxşı əlaqələrin qurulması Lime Catering-in uğur qazanması üçün əsas məsələlərdən biridir. Fəaliyyət göstərdiyimiz və biznes əlaqəsinə girdiyimiz icmalara heç bir ziyan vurmaq istəmirik. İnanırıq ki, açıq və şəffaf dialoqlarla biz problemin hamı üçün əlverişli ola biləcək həll yollarını tapa bilərik. Yerli icmalara kömək etmək baxımıdan bizi ən çox maraqlandıran məsələ təhsil məsələsidir. İnanırıq ki, təhsil hər bir millətin tərəqqisi, inkişafı və iqtisadi artımı üçün bir açardır.

Bundan başqa, əminik ki, Lime Catering-in fəaliyyətləri haqqında məlumatlar həmişə ictimaiyyətin üzünə açıq olmalıdır. Belə məlumatlar mükəmməl olmalı və ictimaiyyətin nümayəndələri üçün, həqiqətən də, maraqlı olan məlumatları əhatə etməlidir. Biz sözün əsl mənasında fəaliyyət göstərdiyimiz icmalarda məsuliyyətli tərəfdaş olmaq barəsindəki öhdəliyimizə sadiqik.

Müştərilər
biz dinindən, mədəniyyətindən və ya inancından asılı olmayaraq bütün müştərilərimizə eyni dərəcədə hörmətlə yanaşırıq. Gördüyümüz işlərdə biz əlimizdən gələni edirik ki, onlar bizim yemək və xidmətlərimizdən razı qalsınlar. Müştərilərimiz qarşısında məsuliyyətimiz o deməkdir ki, onları sağlam və heç bir risk yaratmayan yemək və xidmətlərlə təmin etməyə həmişə səy göstərək. Müştərilərimizin bizim menyu, ərzaq, istifadə etdiyimiz inqredientlər və qiymətlələ tanış olmasında heç bir çətinlik olmamalıdır.

Ətraf mühit
bizim siyasətimizin məqsədi ətraf mühitə ziyan vurmamaqdır. Bütün əməliyyatlarımız və fəaliyyətlərimizlə ətraf mühitə göstərdiyimiz təsirin minimuma endirilməsi barədə öhdəliyimizə sadiqik. Lime Catering-in uzun müddət üçün strategiyası ətraf mühitə heç bir ziyan vurmayan qablaşdırma materiallarından istifadə etməkdir.

Bizim siyasətimiz ciddi surətdə tələb edir ki, Lime Catering-də işləyən bütün əməkdaşlar ətraf mühit problemlərini başa düşməli və həmişə ətraf mühitə təsirləri minimuma endirməyə çalışmalıdırlar. Bundan əlavə, biz başa düşürük ki, yaşadığımız ətraf mühiti mühafizə etməyin ən yaxşı yolu qabaqcıl texnologiyalardan istifadə etmək və problemlərin ağıllı həllini tapmaqdır.

Lime Catering-in ətraf mühitin mühafizəsi üzrə siyasəti ətraf mühitə heç bir ziyan gətirməyən məmulatları və məhsulları almaq, satmaq və yalnız onlardan istifadə etməkdir. Bizim şirkətdə ətraf mühit məsələləri üçün cavabdeh olan şəxslər ətraf mühitin mühafizəsi ilə əlaqədar gördüyümüz işlər barədə ictimaiyyətə və kütləvi informasiya vasitələrinə həmişə hesabat verməlidir.

Biznes tərəfdaşları
öz biznes tərəfdaşlarımızla inamlı, uzun müddətli və sabit əlaqələr yaratmaq bizim üstün cəhətlərimizdən biridir. Biz inanırıq ki, yalnız bu prinsip əsasında bizim biznes uğurlu və rəqabətədavamlı ola bilər.

Eyni dərəcədə, biz öz tərəfdaşlarımızdan korporativ məsuliyyət siyasətimizi başa düşməyi, ona hörmətlə yanaşmağı və yerinə yetirməyi xahiş edirik. Biz insanların hüquqlarına hörmətlə yanaşan və ətraf mühitin mühafizəsinə kömək edən, öz işini məsuliyyətlə və etik normalar daxilində aparmaq öhdəliyinə sadiq olan tərəfdaşlarla birgə işləməkdə çox maraqlıyıq. Uşaq əməyindən hər hansı formada istifadə edən şirkətlərlə biznes əlaqəsində olmaq bizim mənafeyimizə uyğun deyildir. Çünki bu, bizim “Uşaq əməyi” siyasətimizə ziddir.

Bizimlə işləyən insanlar
Lime Catering şirkətində başa düşülür ki, həyata keçirdiyimiz biznes tam şəkildə əmək ehtiyatlarından asılıdır. Peşəkar, sadiq və məsuliyyətli əməkdaşlarımızın olması bizə rəqabətə üstün gəlməyə və öz sektorumuzda lider olmağa imkan verəcəkdir. Kadrlarla bağlı siyasətimizin əsasında dinindən, cinsindən, milliyyətindən və mövqeyindən asılı olmayaraq hər bir fərdə hörmətlə yanaşmaq dayanır.

Lime Catering fəxr edir ki, bizim üçün işləyən müxtəlif millətlərdən, mədəniyyətlərdən, dinlərdən və inanclardan olan insanlar özlərini rahat hiss edirlər. Biz öz biznes fəaliyyətimizi müxtəlif mədəniyyətlərə, adət-ənənələrə və tarixə malik ölkələrdə aparmağı planlaşdırdığımıza görə, müxtəlif dünyagörüşlü, müxtəlif mənşəli və çoxmillətli biznes mühitində necə səmərəli işləməyi öyrənmək bizim hamımıza lazımdır.

Bizimlə işləyən bütün əməkdaşlarımızdan Lime Catering-in korporativ məsuliyyət siyasətinə hörmətlə yanaşmağı və onun yerinə yetirilməsində iştirak etməyi xahiş edirik. Korporativ məsuliyyət siyasətindən maksimum fayda əldə etmək üçün biz bu sahədə həmişə məlumat və biliklərin mübadiləsini aparırıq.

Uşaq əməyi
Biz 18 yaşdan kiçik olan uşaqların əməyindən istifadə etməyin qəti olaraq əleyhinəyik. Bundan başqa, biz uşaq əməyindən hər hansı formada istifadə edən şirkətlərin mal və xidmətlərindən istifadə etmirik. 18 yaşdan kiçik olan uşaqlar Lime Catering-də işləmək üçün bizə müraciət edəndə, biz həmişə onlarla açıq söhbət aparır, onlar üçün işləməyin bizim fikrimizcə nəyə görə çox tez olduğunu izah edir və təhsili davam etdirməyin daha yaxşı yol olmasını onlara başa salırıq.

Biznes etikası
Lime Catering-in uzunmüddətli strategiyası yerli bir şirkətdən qlobal bir şirkətə çevrilməkdən ibarətdir. Biz inanırıq ki, biz bu məqsədə öz biznesimizi inam və yaxşı nüfuz əsasında qurmaqla nail ola bilərik. Buna görə də, bizim uzunmüddətli strategiyamız üçün biznesi gözəl davranışla aparmaq bizim üçün çox vacibdir.

Əgər ictimaiyyətin, biznes tərəfdaşlarımızın, öz işçi heyətimizin və müştərilərimizin bizə inamı olmasa, onda biz öz qlobal biznesimizi yaratmağa nail ola bilmərik. Buna görə də, biznesi həyata keçirmək yollarımızı bir daha nəzərdən keçirəcək və onu biznes etikası qaydalarına uyğun olan bir səviyyəyə qaldıracağıq.

Həm Lime Catering, həm də onun işçi heyətinin üzvləri qəti olaraq rüşvətxorluğun və korrupsiyanın əleyhinədirlər. Biz inanırıq ki, rüşvətxorluq və korrupsiyanın bütün formaları (növləri) yaxşı sosial və iqtisadi tərəqqiyə mane olan əsas problemdir. Bundan başqa, rüşvət və korrupsiya biznesdə ədalətli rəqabətin qarşısını alır və beləliklə də müştərilər daha yaxşı məhsullardan və xidmətlərdən istifadə seçimi imkanını itirirlər.

Lime Catering qeyri siyasi təşkilatdır və biz heç vaxt hər hansı siyasi fəaliyyətlərdə iştirak etməyəcək və istər nağd pulla, istərsə də natura ilə heç bir siyasi xarakterli yardım göstərməyəcəyik.

Bizim təsirimiz
Lime Catering öz işəgötürmə imkanları, malları yerli təchizatçılardan alması və icmalara sərmayə qoyması yolu ilə yerli iqtisadi inkişafa güclü təsir göstərir. Bu gün bizim biznesdə istifadə olunan xam inqredientlərin 70%-dən çoxu Bakıdakı yerli təchizatçılardan alınır.

Yerli bizneslərə sərmayə qoymaqla yanaşı, Lime Catering eləcə də dövlət büdcəsinə vergilər ödəyir və 135 nəfərdən artıq işçi müntəzəm olaraq əmək haqqı və bonuslar alır. Biz fəxr edirik ki, ölkə iqtisadiyyatına öz töhfəmizi verə bilir və qlobal iqtisadiyyatda ölkənin rəqabət üstünlüyü üçün əlavə dəyər yaradırıq.