STRATEGİYAMIZ

Bizim uzun müddətli strateji xəttimiz qida istehsalatı və xidməti üzrə Lime Catering-i qlobal bir şirkətə çevirməkdir. Lime Catering şirkətini dünyanın aparıcı ”fresh food” şirkətlərindən biri etmək üçün biz biznesimizin bütün aspektlərində vahid korporativ standartlar təqdim etməyi planlaşdırırıq. Bizim uzun müddətli strategiyalarımızdan biri şirkətin maliyyə məsələlərində, yeməklərin hazırlanmasında, kadrların inkişaf etdirilməsində və SƏTƏM sahələrində şəffaflığın təmin edilməsidir.

Bu strategiyanın həyata keçirilməsi üçün biz öz maliyyə ehtiyatlarımızdan istifadə edəcək və maliyyə institutlarından kreditlər götürəcəyik. Biznesimizi genişləndirmək üçün biz eləcə də regional ərzaq emalı və distribusiyası mərkəzləri açmağı planlaşdırırıq. 2025-ci ilədək şirkət kapitalını bir neçə milyard Yevroyadək artırmağı planlaşdırırıq.