DƏYƏRLƏRİMİZ

Biz əminik ki, Lime Catering-in müvəffəqiyyət qazanması dörd əsas prinsipdən asılıdır: insanlar, xidmət, yeməyin keyfiyyəti və marketinq. Bu prinsiplərin hər birini ayrı-ayrılıqda müfəssəl şəkildə təsvir etmək istəyirik.

İnsanlar
strateji məqsədlərə və gündəlik vəzifələrin yerinə yetirilməsinə nail olmaq üçün Lime Catering-ə peşəkar, məsuliyyətli, təşəbbüskar və öz işinə sadiq insanlar lazımdır. Kadrlarla bağlı bizim siyasətimiz onlara Lime catering-də işləməkləri ilə fəxr etmək və bizimlə birgə işləmələrindən bir rahatlıq duymasını təmin etmək üçün onlara köməklik göstərməkdən ibarətdir. Biz həmişə kadrları idarə etmək siyasətimizi təkminləşdirəcək və insanlara Lime Catering-də uzun müddət işləmək üçün stimullar verən sistemlərdən istifadə edəcəyik. Kadrlar siyasətinin əsasında dinindən, cinsindən, milliyyətindən və sosial mövqeyindən asılı olmayaraq hər bir fərdə hörmət dayanır.

Xidmətlərin ləngimədən göstərilməsi
sifarişçilərimizə hörmətlə yanaşaraq biz onların sifarişlərini mümkün qədər tezyerinə yetirməyə çalışırıq. Xidmətin tez göstərilməsi heç də o demək deyildir ki, biz əsas strategiyamızı (fəlsəfəmizi) – “təzə və təbii qida” siyasətimizi yaddan çıxarmalıyıq. Təxirəsalınmadan göstərilən xidmətlə kefiyyət arasında həmişə bir tarazlıq olmalıdır. Bizə belə gəlir ki, heç bir qarışığı və konservantı olmayan əllə hazırlanmış, təbii, təzə və yüksək keyfiyyətli yeməklər, üstəgəl xidmətin ləngimədən göstərilməsi elə prinsiplərdir ki, onlar bizə rəqabətdə üstünlük və sifarişçilərin rəğbətini qazanmağa imkan verəcəkdir.

Ərzağın keyfiyyəti
Biz inanırıq ki, həmişə təzə, təbii və yüksək keyfiyyətli ərzaqdan hazırlanmış məmulatlarımızla müştərilərimizin ürəyinə yol tapacağıq və onlar bizim ticarət markamıza sadiq qalacaqlar. Mətbəx və yeməklərin hazırlandığı və qablaşdırıldığı ərazilər təmiz olmalı və ən yüksək SƏTƏM və gigiyena standartlarına uyğun saxlanılmalıdır. Bundan başqa, bu proseslərdə iştirak edən əməkdaşların hamısı qoyulmuş qaydalara ciddi surətdə əməl etməlidir. Yerindən asılı olmayaraq yeməklər və xidmətlər eyni olmalı, hələ üstəlik onların inqredientləri də eyni olmalıdır.

Lime Catering mətbəxlərinin hamısında yeməklərin hazırlanmasında təzə və təbii məhsul və inqredientlərdən istifadə olunmalıdır. Hər hansı kimyəvi maddələrdən, qarışıqlardan və konservantlardan istifadə olunması qadağan olunur. Bizimlə əməkdaşlıq edən gələn müştərilər yüz faiz əmin olmalıdır ki, buradakı yeməklər həmişə təzə və təbiidir.

Biz yeməklərin hazırlanmasında istifadə etdiyimiz bütün məhsulları yerli təchizatçılardan alırıq. Buna görə də, biz təchizatçılarımızın hamısından bizim tələblərə və keyfiyyət standartlarımıza hörmətlə yanaşmağı tələb edirik. Ərzaq məhsullarının alınması və yeməklərin hazırlanması prosesi zamanı biz müntəzəm olaraq keyfiyyət sınaqları aparırıq ki, son məhsulun çox yüksək keyfiyyətli olmasına və onun SƏTƏM və şirkətimizin müəyyən etdiyi gigiyena standartlarına və Azərbaycan qanunlarına cavab verdiyinə əmin olaq. Gələcəkdə biz təchizatçıların seçilməsi və ərzaq məhsullarının alınması üçün vahid sistemdən istifadə etməyi planlaşdırırıq. Bu bizə bütün prosesə nəzarət etmək və keyfiyyəti təmin etmək imkanı verəcəkdir.

Marketinq və əlaqələr
bu o deməkdir ki, bizim bütün sifarişçilərimiz menyumuz, ərzağımız, istifadə etdiyimiz inqredientlər və qiymətlərimizdən xəbərdar olmalı və bizim yeməklərimiz və xidmətlərimizi necə sifariş etməyi bilməlidir. Biz internetdən, web-səhifələrdən, TV-dən, radio və digər rabitə vasitələrindən istifadə edəcəyik. Bu da vacibdir ki, şirkətin məhsulları və xidmətləri ilə müştərilər arasında qarşılıqlı əlaqələr həmişə İSTİFADƏÇİLƏR ÜÇÜN əlverişli olsun.

Yuxarıda qeyd olunan bütün prinsiplər Lime Catering üçün əsas prinsiplərdir. Bu prinsiplərin hər hansı birinə kifayət qədər diqqət verilməməsi şirkətin inkişafını, qoyulmuş məqsədlərə nail olunmasını və planların həyata keçirilməsini ləngidər. Buna görə də, şirkət rəhbərliyinin əsas vəzifəsi ondan ibarətdir ki, bu prinsipləri bütün əməkdaşlara çatdırsın və onların bu prinsipləri başa düşdüyünə və onlara riayət etməyə hazır olduqlarına əmin olsun.