MƏTBƏX

Lime Catering professional iaşə xidmətləri göstərən şirkətdir və 9 ildən çoxdur ki, biz öz xidmətlərimizi göstəririk. Bundan əlavə biz korporativ və fərdi müştərilərə öz banket və furşet xidmətlərimizi də göstəririk.Hal hazırdaLime Catering5000 kv.m artıq olan müasir avadanlıq ilə təchiz olunmuş istehsalat sahəsinə malikdir. Bunlar bizə imkan verir ki, gündəlik 15000 nəfərdən artıq insana öz xidmətimizi göstərək. Mövcud olan infrastruktur, idarəetmə bacarığımız və insani resursları bizə imkan verir ki, 15000 nəfərdən artıq insana öz xidmətimizi göstərək. Bizim xidmətlərimizüçün menyu müştərinin istəyi və arzusu əsasında hazırlanır. Biz öncə müştərinin qida və diyetik tələblərini öyrənib, sonra onların individual marağlarına uyğun adaptasiya olunmuş konsepsiya hazırlayırıq. Bizim müştəri yönümlü işçi heyətimiz sizlərə öz xidmətlərini göstərməyə hazırdı.

Azərbaycan mətbəxi
Azərbaycan mətbəxi — dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Azərbaycan milli mətbəxi təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissələrindən biridir. Azərbaycan milli mətbəxi mətbəx mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətləri, fiziologiyanı, gigiyenanı, kimyanı, avadanlığı, etikanı, estetikanı, poeziyanı və mətbəxin sair aspektlərini, eləcə də Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir. LimeCatering-də biz Sizlər üçün bizim Milli mətbəxi əks etdirən menyunları dadlı hazırlayıb təqdim edərik.

Avropa mətbəxi
Avropa mətbəxi əsasən yüngül və təbii indriqientlərdən hazırlanır. Fransız mətbəxi Avropa mətbəxinin əsasını təşkil edir. Fransız mətbəxi yalnız Avropa kulinariya ənənələrinə deyil, həmçinin bir çox digər millətlərin adət-ənənələrnə də güclü təsir etmişdir. Avropa mətbəxi reseptlərinin əsasını tərəvəzlər təşkil edir. Bu fakt, həmçinin Avropa yeməklərinin faydaları haqqında danışır. Avropa aşpazlarının indriqient seçimində əsas prinsipi ilk növbədə məhsulun təravət və təbiiliyinin ön plana çıxmasıdır. Lime Catering-də Avropanın istənilən ölkənin menyusunu hazırlayıb sizlər üçün təqdim etmək imkanı var.

Şərq mətbəxi
Şərq mətbəxi qədim ənənələrlə bağlılığı ilə seçilir. Xüsusi aromatların və ədviyyatların cazibəsi və zəngin dad xoş surpriz kimi hər an təəcübləndirir.
Lime Catering-də şərq mətbəxindən istənilən menyunu hazırlayıb sizlər üçün təqdim etmək imkanı var.