FURŞET TƏŞKİLİ

<strong>Furşet</strong> təşkili

Furşet təşkil edilməsinin tam həlli. Təşkil edilməsinə dair məsləhətlər, menyu işlənib hazırlanması, avadanlıq və təchizatın verilməsi, xidmət edilməsi. Menyuda biz, keyfiyyətli ərzaqdan hazırlanmış dadlı yeməklər və yüksək keyfiyyətli içkilər təklif edirik.

Lime Catering-də satıcılar və ya ofisiantlar yoxdur! İşçi heyətimizin müştərilərlə işləyən bütün üzvləri Müştərilərə Xidmətlərin işçiləridirlər. Onların işi yalnız yemək satmaq deyil, həm də müvafiq hallarda müştərilərə yeməklər, onların hazırlanmasında istifadə olunan inqredientlər, həyata keçirdiyimiz kampaniyalar, bonuslarımız və menyumuz barədə məlumatlar verməkdir Müştərilərə peşəkarcasına və nəzakətlə necə xidmət etmək və məsləhətlər verməyə qabil olmaq üçün bütün işçilərimiz müntəzəm olaraq təlim keçirlər.

Biz müştəri xidmətlərimizi mümkün qədər tez yerinə yetirməyə səy göstəririk. Tez göstərilən xidmət heç də o demək deyildir ki, əsas fəllsəfəmizi – “təzə və təbii yemək” prinsipimizi yaddan çıxarmalıyıq. Lime Catering-in müştəriyə xidmət siyasətinin əsas komponenti yeməyin müvafiq qaydada və cəlbedici şəkildə qablaşdırılmasıdır. Üstəlik, yeməyin qablaşdırılması ilə məşğul olan işçilərimiz gigiyena standartları üzrə yüksək təlim keçmiş adamlardır.