KOFE FASİLƏSİ

<strong>Kofe</strong> fasiləsi

Kofe-breyk təşkilinə dair tam xidmətlər - təşkil edilməsinə aid məsləhətlər, menyu işlənib hazırlanması, avadanlıq və təchizatın verilməsi, xidmət edilməsi. Menyuda biz , keyfiyyətli şirniyyat, əla növ çay, kofe və sular təklif edirik.

Biz istəyirik ki, müştərilərimiz Lime Catering-dən aldığı yemək və xidmətlərdən maksimum şəkildə faydalansınlar. Əmin olmaq istəyirik ki, müştərilərimiz digər restoran və kafelərlə müqayisədə Lime Catering-in yemək və xidmətlər almaq üçün ən yaxşı yer olduğunu hiss etsinlər. Bunu sübut etmək üçün biz müştərilərimizin Lime Catering–dən maksimum dərəcədə fayda əldə etməsinə kömək etmək məqsədi ilə bir neçə kampaniya və bonuslar tətbiq etmişik.

Biz müştərilərimizin onlara çatdırdığımız yemək və xidmətlər barədə rəylərini öyrənmək üçün müntəzəm şəkildə periodik olaraq sorğular və tədqiqatlar aparırıq. Bu tədqiqatların nəticələri əsasında biz yeməklərin keyfiyyətini və xidmət səviyyəsini yaxşılaşdırmaq üçün öz prosedurlarımızda və əməliyyatlarımızda dəyişikliklər edirik.