HAQQIMIZDA

 Tariximiz

Lime Catering – professional iaşə xidmətləri göstərən şirkətdir və 2006-cı ildən fəaliyyət göstəririk. Bundan əlavə biz korporativ və fərdi müştərilərə öz banket və furşet xidmətlərimizi də təklif edirik. Hal hazırda Lime Catering şirkəti 2400 kv.m-dən artıq olan müasir avadanlıq ilə təchiz olunmuş istehsalat sahəsinə malikdir. Mövcud olan infrastruktur, idarəetmə bacarığımız və insani resurslar bizə imkan verir ki, 10000 nəfərdən artıq insana öz xidmətimizi göstərək.

Bizim iaşə xidmətlərimiz üçün menyu müştərinin istəyi və arzusu əsasında hazırlanır. Biz öncə müştərinin qida və dietik tələbatlarını öyrənib, sonra onların individual maraqlarına uyğun adaptasiya olunmuş konsepsiya hazırlayırıq. Bizim müştəri yönümlü işçi heyətimiz müştəri məmnuniyyətinin tam

“Lime Catering” 2006-cı ilin mart ayından fəaliyyətə başlayıb. 2007-ci ilin aprelindən başlayaraq “Lime Catering” öz yeməklərini və xidmətlərini ofislərə və mənzillərə çatdırmağa başladı. Biznesin effektivliyini (səmərəliliyini) artırmaq üçün isə maliyyə, ehtiyatların idarə edilməsi, tədarük, sifarişçi xidmətlərinin idarə edilməsi, kadrlarla iş və işçilərin stimullaşdırılması məsələləri üzrə korporativ standartlar tətbiq edilməyə başladı.

Hal-hazırda Lime Catering ölkənin bir çox böyük şirkətlərinə öz yüksək xidmətlərini göstərən dinamik və getdikcə genişlənən bir şirkətdir. Bizim növbəti strateji addımımız yerli şirkətdən qlobal, beynəlxalq bir şirkətə çevrilməkdir.

 

 

 MİSSİYA VƏ FƏLSƏFƏMİZ

Lime catering «fresh food» şirkətidir və onun məqsədi heç bir kimyəvi maddələrdən, qarışıqlardan və konservantlardan istifadə etmədən əllə hazırlanmış təbii, təzə və yüksək keyfiyyətli yeməklər hazırlamaqdır.

  • Şirkət fəlsəfəmizin mərkəzində istifadə etdiyimiz ərzaqların və inqredientlərin hamısının təzə olması dayanır. Biz istəyirik ki, göstərdiyimiz xidmətlərdən və çatdırdığımız yeməklərdən müştərilərimiz məmnun olsun.
  • Sifarişçilərin bizim yeməklərimizdən zövq alması üçün hazırladığımız sendviçlərin, salatların, toyuq ətindən hazırlanmış yeməklərin və desertlərin daha dadlı və daha təzə olmasına səy göstəririk.
  • Bizim əsas məqsədimiz yerli şirkətdən qlobal beynəlxalq bir şirkətə çevrilməkdir.
  • Biznesimizin əsas məqsədi öz müştərilərimizə daha yaxşı xidmət göstərmək, öz işimiz və yeməklərimizlə onları razı salmaq üçün əlimizdən gələn hər şeyi etməkdir.
  • Biznesdə müvəffəqiyyətin qiymətləndirilməsinin yeganə meyarı müştərinin razı qalmasıdır. Lime catering-in bütün əməli iş və strateji fəaliyyətləri sifarişçilərin məmnun qalmasına yönəldilmişdir.
  • Biz həqiqətən də öz müştərilərimizə bizim yeməklərdən heç bir problem və maneə olmadan zövq alması üçün şərait yaratmaq istəyirik və onlar dünyanın hər yerində bizim yemək və xidmətlərimizdən istifadə etməsini istəyirik. Bu səbəbdən də biz bütün ölkələrdə vahid standart menyusu, xidmətləri, biznes formatı və interyeri olan məntəqələrə malik qlobal bir şirkət olmaq niyyətindəyik.
  • Biz istəyirik ki, bütün müştərilərimiz öz dinlərinə və inanclarına zidd olmayan yeməklərdən istifadə etmək imkanına malik olsun.
  • Biz istəmirik ki, müştərilərimiz bizim yemək və xidmətlərimizdən narazı qalsın və bizim haqqımızda mənfi rəydə olsunlar.
  • Məqsədimiz ərzağın kefiyyəti, xidmətlər, qiymətlər, ictimaiyyətlə əlaqələr, təchizatçılar, tərəfdaşlar və hökumətlə əlaqələr kimi bütün sahələrdə davamlı bir biznes yaratmaqdır.
  • Biz öz sifarişçilərimizə və işçilərimizə onların dinindən, mədəniyyətindən və inancından asılı olmayaraq eyni dərəcədə hörmət edirik. Biz yemək və xidmətlərimizlə müştərilərə rahatlıq gətirmək üçün əlimizdən gələni edirik.
  • Bizim uzunmüddətli strateji xəttimizin əsasında  “Lime Catering”  şirkətini yerli bir şirkətdən dünyanın hər yerində mətbəxi olan qlobal bir şirkətə çevirmək dayanır.
  • Lime catering şirkətini dünyanın aparıcı ”fresh food” şirkətlərindən biri etmək üçün biz biznesimizin bütün aspektlərində vahid korporativ standartlar tətbiq etməyi planlaşdırırıq.
  • “Lime catering”i imtiyazlı bir iş yeri kimi ictimaiyyətə tanıtmağa ümid edirik. Kadr ehtiyatları üzrə bizim siyasətimiz rəqabətədavamlı və beynəlxalq standartlara cavab verən bir siyasət olacaqdır. Bizim üçün çox vacibdir ki, “Lime catering”in əməkdaşları yaxşı əmək haqqı və yaxşı iş şəraiti ilə ilə təmin olunsun və onlar yaxşı sosial təminat paketinə malik olsunlar.

Biz öz biznesimizi yüksək sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi standartlarına uyğun şəkildə quracağıq. Biz doğrudan da ətraf mühitə heç bir ziyan vurmaq istəmirik. Bundan başqa, “Lime Cateringdə” işləyən bütün insanlar təhlükəsiz iş şəraiti ilə təmin olunmalıdır. SƏTƏM standartlarına riayət etmək rəhbərliyin və hər bir işçinin borcudur.

 DƏYƏRLƏRİMİZ

Biz əminik ki, Lime Catering-in müvəffəqiyyət qazanması dörd əsas prinsipdən asılıdır: insanlar, xidmət, yeməyin keyfiyyəti və marketinq. Bu prinsiplərin hər birini ayrı-ayrılıqda müfəssəl şəkildə təsvir etmək istəyirik.

İnsanlar
strateji məqsədlərə və gündəlik vəzifələrin yerinə yetirilməsinə nail olmaq üçün Lime Catering-ə peşəkar, məsuliyyətli, təşəbbüskar və öz işinə sadiq insanlar lazımdır. Kadrlarla bağlı bizim siyasətimiz onlara  Lime Catering-də işləməkləri ilə fəxr etmək və bizimlə birgə işləməklərindən bir rahatlıq duymasını təmin etmək üçün onlara köməklik göstərməkdən ibarətdir. Biz həmişə kadrları idarə etmək siyasətimizi təkmilləşdirəcək və insanlara Lime Catering-də uzun müddət işləmək üçün stimullar verən sistemlərdən istifadə edəcəyik. Kadrlar siyasətinin əsasında dinindən, cinsindən, milliyyətindən və sosial mövqeyindən asılı olmayaraq hər bir fərdə hörmət dayanır.

Xidmətlərin ləngimədən göstərilməsi
sifarişçilərimizə hörmətlə yanaşaraq biz onların sifarişlərini mümkün qədər tez yerinə yetirməyə çalışırıq. Xidmətin tez göstərilməsi heç də o demək deyildir ki, biz əsas strategiyamızı (fəlsəfəmizi) – “təzə və təbii qida” siyasətimizi yaddan çıxarmalıyıq. Təxirəsalınmadan göstərilən xidmətlə kefiyyət arasında həmişə bir tarazlıq olmalıdır. Bizə belə gəlir ki, heç bir qarışığı və konservantı olmayan, əllə hazırlanmış, təbii, təzə və yüksək keyfiyyətli yeməklər, xüsusilə də  xidmətin ləngimədən göstərilməsi elə prinsiplərdir ki, onlar bizə rəqabətdə üstünlük və sifarişçilərin rəğbətini qazanmağa imkan verəcəkdir.

Ərzağın keyfiyyəti
Biz inanırıq ki, həmişə təzə, təbii və yüksək keyfiyyətli ərzaqdan hazırlanmış məmulatlarımızla müştərilərimizin ürəyinə yol tapacağıq və onlar bizim ticarət markamıza sadiq qalacaqlar. Mətbəx və yeməklərin hazırlandığı və qablaşdırıldığı ərazilər təmiz olmalı və ən yüksək SƏTƏM və gigiyena standartlarına uyğun saxlanılmalıdır. Bundan başqa, bu proseslərdə iştirak edən əməkdaşların hamısı qoyulmuş qaydalara ciddi surətdə əməl etməlidir. Yerindən asılı olmayaraq yeməklər və xidmətlər eyni olmalı, hələ üstəlik onların inqredientləri də eyni olmalıdır.

Lime Catering mətbəxlərinin hamısında yeməklərin hazırlanmasında təzə və təbii məhsul və inqredientlərdən istifadə olunmalıdır. Hər hansı kimyəvi maddələrdən, qarışıqlardan və konservantlardan istifadə olunması qadağan olunur. Bizimlə əməkdaşlıq edən gələn müştərilər yüz faiz əmin olmalıdır ki, buradakı yeməklər həmişə təzə və təbiidir.

Biz yeməklərin hazırlanmasında istifadə etdiyimiz bütün məhsulları yerli təchizatçılardan alırıq. Buna görə də, biz təchizatçılarımızın hamısından bizim tələblərə və keyfiyyət standartlarımıza hörmətlə yanaşmağı tələb edirik. Ərzaq məhsullarının alınması və yeməklərin hazırlanması prosesi zamanı biz müntəzəm olaraq keyfiyyət sınaqları aparırıq ki, son məhsulun çox yüksək keyfiyyətli olmasına, onun SƏTƏM və şirkətimizin müəyyən etdiyi gigiyena standartlarına və Azərbaycan qanunlarına cavab verdiyinə əmin olaq. Gələcəkdə biz təchizatçıların seçilməsi və ərzaq məhsullarının alınması üçün vahid sistemdən istifadə etməyi planlaşdırırıq. Bu bizə bütün prosesə nəzarət etmək və keyfiyyəti təmin etmək imkanı verəcəkdir.

Marketinq və əlaqələr
bu o deməkdir ki, bizim bütün sifarişçilərimiz menyumuz, ərzağımız, istifadə etdiyimiz inqredientlər və qiymətlərimizdən xəbərdar olmalı,  bizim yeməklərimiz və xidmətlərimizi necə sifariş etməyi bilməlidir. Biz internetdən, web-səhifələrdən, TV-dən, radio və digər rabitə vasitələrindən istifadə edəcəyik. Bu da vacibdir ki, şirkətin məhsulları və xidmətləri ilə müştərilər arasında qarşılıqlı əlaqələr həmişə İSTİFADƏÇİLƏR ÜÇÜN əlverişli olsun.

Yuxarıda qeyd olunan bütün prinsiplər Lime Catering üçün əsas hesab olunur. Bu prinsiplərin hər hansı birinə kifayət qədər diqqət verilməməsi şirkətin inkişafını, qoyulmuş məqsədlərə nail olunmasını və planların həyata keçirilməsini ləngidər. Buna görə də, şirkət rəhbərliyinin əsas vəzifəsi ondan ibarətdir ki, bu prinsipləri bütün əməkdaşlara çatdırsın, onların bu prinsipləri başa düşdüyünə və onlara riayət etməyə hazır olduqlarına əmin olsun.