Biz aşağıdakı prinsipləri nəzərə alaraq,öz işimizi qururuq və həyata keçiririk:

                                                                                        Qidanın təhlükəsizliyi

                        Mətbəximiz və yeməklərin hazırlandığı və qablaşdırıldığı ərazilərdə təmizliyə riayət olunur və ən yüksək HACCP(gigiyena standartlarına)uyğundur.Bundan başqa,qida hazırlanması proseslərində iştirak edən bütün əməkdaşlar qoyulmuş qaydalara ciddi surətdə əməl edir və Lime Catering-də işə götürülən əməkdaşlar əvvəlcə ərzaq təhlükəsizliyi və SƏTƏM üzrə intensiv təlim keçirlər.

                                                                                        Qidanın təravətli olması

                           Bütün yeməklər təzə olmalı və hazırlandığı gün müştəriyə çatdırılmalıdır.

                                                                                        Qidanın təbii olması

                     Bizim məqsədimiz heç bir kimyəvi maddələrdən,əlavələrdən və konservantlardan istifadə etmədən əllə hazırlanmış,təzə və yüksək keyfiyyətli yeməklər hazırlamaqdır.