-
Lülə Kabab
Lülə kabab qiymədən hazırlanan kabab növü, qiymədən uzunsov kotlet formasında şişdə qızardılan Şərq yemək növüdür. Xarici görünüşü odlu silah lüləsinə oxşadığına görə belə ad verilmişdir.
Read more
Azərbaycan mətbəxinə xas milli yemək növü sayılır. -
Piti
Pitinin hər payına 55-60 qramlıq 2-3 tikə qoyun əti götürülür. Noxud 4-5 saat soyuq suda isladılır. Ət və noxudu piti qabına qoyub zəif od üzərində tədricən bişirirlər. Xörəyin hazır olunmasına 30 dəqiqə qalmış , iri doğranmış soğan, alça, duz və zəfəran şirəsi tökülüb hazır olana kimi bişirilir. Piti bir qayda olaraq bişirildiyi qabda süfrəyə verilir, yanına dərin boşqab və ya kasa, sumaq və təmizlənmiş baş soğan qoyulur.
Read more -
KÜFTƏ BOZBAŞ
Küftə bozbaş üçün sümüklərdən bulyon bişirilir.Qiyməyə düyü, istiot, duz qatılıb yaxşı qarışdırılır. Hər küftənin içərisinə 2-3 ədə yuyulmuş quru alça qoyulur. Noxud bulyonda bişdikdən sonra küftələr bulyona salınır və bişirilir.Xörəyin hazır olmasına 10-15 dəqiqə qalmış ona duz, istiot və zəfəran məhlulu əlavə edilib hazır vəziyyətə çatdırılır. Süfrəyə veriləndə üzərinə keşniş, yaxud quru nanə səpilir.
Read more