• ÇİĞ KÖFTE

    Çiğ köfte Türkiyənin Urfa bölgəsində çox yayılıb. Urfadan kənarda Türkiyənin Adıyaman, Qaziantəp, Diyarbəkir, Mardin, Adana bölgələrində bir qədər fərqliliklə hazırlanır.Hazırlanması : Əvvəlcə yarma, qıyılmış ət ya da yağda qızardılmış yumurta, sous, soğan, cəfəri və ədviyyatlar bir yerdə qarışdırılır. Kahı yarpağı ilə birlikdə Urfa ev çörəyi ilə yeyilir.

    Ətraflı
  • LAHMACUN

    Əvvəcə xəmiri hazırlanır.Bir qabda maya, şəkər və 1/2 stəkan ilıq suyu maya həll olana qədər qarışdırılır. İsti yerdə 10 dəqiqə, üstü köpüklənənədək saxlanılır. 1 stəkan un iri qaba ələnib üstünə mayalı qarışığı əlavə edilib qarışdırılır. Qabın üstünü örtüb 30 qədiqəlik isti yerə qoyulur ki, qarışıq gəlsin və süngər (qubka) kimi olsun. Sonra qalan un da bu qarışığa əlavə edilir. Duzu və qalan 1 1/4 stəkan suyu da əlavə edilib qarışdırılır.

    Ətraflı
  • Mərcimək Şorbası

    Mərcimək şorbası – əsas məmulatı qırmızı, sarı və ya yaşıl mərcimək olan; un, duz, tərəyağı, ət suyu, soğan, qırmızı və ya qara bibər ilə hazırlanan şorba.Türkiyə’də mərcimək şorbası düzəltmək üçün soğandan əlavə kartof, kök ve iyli kərəviz də istifadə olunur

    Ətraflı
  • Türk Paxlavası

    Türk paxlavası Türkiyə mətbəxində yer alan əsas paxlava növüdür və cox dadlı olduğu üçün dünyanın bir çox ölkəsində insanlar tərəfindən bəyənilərək istifadə olunur.İncə yuxaların içərisinə qoz,Antep fistığı,fındıq qoyularaq hazırlanır.Son olaraq paxlavanın üzərinə şəkər şərbəti və istəyə uyğun olaraq bal əlavə edilir.

    Ətraflı
  • Yayla Şorbası

    Yayla şorbası Türkiyə mətbəxinin ən məşhur şorbalarındandır.Şorba qatıqdan hazırlanır və bir qədər  dovğanı xatırladır.

    Ətraflı
  • MANTI

    Fırınlanmış mantı. Pomidor sousu və ədviyyat əlavə olunaraq, sarmısaqlı qatıqla boşqabda veriləcək.
    Üzərinə sarımsaqlı qatıq, sous və ərimiş kərəyağı tökülərək və sumak, quru nanə, qırmızı bibər əkilərək xidmət edilər. Türkiyənin ən gözəl, ən çox sevilən yerli yeməklərindən biri olaraq təqdim edilməkdədir.

    Ətraflı