KÜFTƏ BOZBAŞ
Küftə bozbaş üçün sümüklərdən bulyon bişirilir.Qiyməyə düyü, istiot, duz qatılıb yaxşı qarışdırılır. Hər küftənin içərisinə 2-3 ədə yuyulmuş quru alça qoyulur. Noxud bulyonda bişdikdən sonra küftələr bulyona salınır və bişirilir.Xörəyin hazır olmasına 10-15 dəqiqə qalmış ona duz, istiot və zəfəran məhlulu əlavə edilib hazır vəziyyətə çatdırılır. Süfrəyə veriləndə üzərinə keşniş, yaxud quru nanə səpilir.