Bizim uğurlu, rəqabətədavamlı və qlobal bir şirkət olmaq barədə möhtəşəm niyyətlərimizi bölüşən insanlar axtarırıq. Lime Catering məqsədləri və standartları aydın şəkildə müəyyən edilmiş dinamik və getdikcə böyüyən bir şirkətdir. Xüsusilə fəxr edirik ki, biz insan kapitalını şirkətin uğurlarının əsası hesab edirik. İnanırıq ki, düzgün seçilmiş adamları düzgün yerlərdə yerləşdirməklə biz bütün strategiyalarımızı yerinə yetirməyə qadir olacağıq. Bizim kadr siyasətimizin əsasında fərdə hörmət dayanır.Şirkətin kadr siyasəti inancından, cinsindən, milliyyətindən və mövqeyindən asılı olmayaraq Lime Catering-də işləyən hər bir şəxsə hörmətlə yanaşmağa yönəlmişdir.

Strateji məqsədlərə və gündəlik vəzifələrin yerinə yetirilməsinə nail olmaq üçün Lime Catering-ə peşəkar, məsuliyyətli, təşəbbüskar və öz işinə sadiq insanlar lazımdır. Buna görə də, şirkətin kadrlarla bağlı bütün siyasəti əməkdaşlara Lime Catering-də işləməkləri ilə fəxr etmək və bizimlə birgə işləmələrindən bir rahatlıq duymasını təmin etmək üçün onlara köməklik göstərməkdən ibarətdir. Biz həmişə kadrları idarə etmək siyasətimizi təkmilləşdirəcək və insanlara Lime Catering-də uzun müddət işləmək üçün stimullar verən sistemlərdən istifadə edəcəyik.