Azərbaycan Respublikasının Prezidentinin sərancamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul Milli mətbuat və jurnalistika günü kimi qeyd olunur. Milli mətbuatımız Azərbaycanın şanlı tarixində şərəfli yol qət edərək müasir Azərbaycan jurnalistikasının peşəkar şəkildə yüksəlməsinə səbəb olmuşdur. Əkinçi qəzetinin nəşri ilə milli mətbuat tariximizin əsasını qoymuş Həsən bəy Zərdabi irsi və fəaliyyəti jurnalistika və mətbuat dəyərlərinin tariximizin ən çətin və mürəkkəb dövrlərindən günümüzə qədər gəlib çatmasında böyük rol oynamışdır. Bu dəyər və irsə hörmət əlaməti olaraq Həsən Bəy Zərdabi irsinin qorunması, gələcək nəsillərə daha sağlam çatdırılması və müasir mətbuatımızın dövlət və xalqımızın mənafeyini hər zaman müdafiə edən, bu yolda bütün çətinlikləri öz vəzifə borcu bilən təəssübkeş və zəhmətsevər jurnalistlərimizin, eyniz zamanda mətbuatıma hər zaman dəstək olan ziyalı, ictimai xadim və iş adamlarının “Irs” və “Dost”mükafatı ilə təntənəli təltif dilməsi məqsədi ilə 21 İyul təntənəli təltif edilmə mərasimi keçirilmişdir. Mərasimdə Millət vəkilləri, ictimai xadimlər, ziyalılar və ən əsasda mətbuat nümayəndələri, jurnalistlər iştirak etmişdir. Tədbirin catering partnyoru Lime Catering şirkəti olmuşdur.